Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İdmançımız Avropa birinciliyində 2 qızıl, 1 gümüş medal qazandı
 
						İdmançımız Avropa birinciliyində 2 qızıl, 1 gümüş medal qazandı
Əlavə olunub: 07.24.2025 | 14:51 | Baxılıb: 863
İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U15 və yeniyetmələrin Avropa birinciliyi davam edir. 

“love.az” xəbər verir ki, ikinci yarış günü atletlərimizdən Musab Məmmədtağıyev U 15 kateqoriyasında mübarizəyə qoşulub. 56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub. 

Musab təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb. Beləliklə iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi adını qazanıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.