Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzulidədir
 
						III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzulidədir
Əlavə olunub: 07.19.2025 | 13:21 | Baxılıb: 1200
III Şuşa Qlobal Media Forumunda iştirak etmək üçün Azərbaycana gələn xarici qonaqlar Füzuliyə çatıb.

“love.az” Trend-ə istinadən xəbər verir ki, forum iştirakçılarını daşıyan təyyarə Füzuli beynəlxalq hava limanına eniş edib.

III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir.

“Rəqəmsal transformasiya: Süni intellekt dövründə informasiya və medianın dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş forum iyulun 19-dan 21-dək keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.