Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.08.2025 | 12:46 | Baxılıb: 1468
Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev Prezident İlham Əliyevin Astanaya səfərinin hazırlandığını açıqlayıb.

“love.az” “inbusiness.kz” portalına istinadən xəbər verir ki, Tokayev bu barədə Qazaxıstan xalqına müraciətində danışıb. 

“İlin sonunda Rusiya və Özbəkistana səfərlərim olacaq. Bununla yanaşı, Azərbaycan, Ermənistan və Türkmənistan liderlərinin Astanaya səfərləri hazırlanır. Həmçinin bir sıra Asiya və Avropa ölkələrinin rəhbərləri ilə görüşlər də planlaşdırılıb”, - Qazaxıstan prezidenti bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.