Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.26.2025 | 13:42 | Baxılıb: 5266
Ekspert İlham İsmayıl sərbəst buraxılıb.

“love.az"in məlumatına görə, o, ötən gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Qeyd edək ki, İ.İsmayıl dünən dələduzluqda ittiham edilir. Belə ki, İlham İsmayıl oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan “Range Rover” imiş.

İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.

Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. 

***

İlham İsmayıl “love.az”ya açıqlamasında bildirib ki, barəsində hər-hansı həbs qərarı olmayıb: “Mənə aid olmayan bir məsələyə görə, hansı ki, orada cüzi şəkildə adım keçib, onunla bağlı izahat vermişəm. Bununla da məsələ bitib. Əgər mən telefonu söndürmüşəmsə, bu o demək deyil ki, mən həbsdəyəm. Bəzi şeylərdən qaçmaq üçün sadəcə dincəlmək istəyirdim. Ona görə də, barəmdə yayılan həbs xəbəri həqiqətə uyğun deyil. Mənim barəmdə hər hansı məhkəmə qərarı da olmayıb. Kiçik bir məsələ ilə bağlı izahat verib çıxmışam, vəssəlam”.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.