Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İlknur yenə cəzalandırıldı - Bu qədər pul ödəməlidir
 
						İlknur yenə cəzalandırıldı 
							 - Bu qədər pul ödəməlidir
Əlavə olunub: 07.25.2025 | 12:22 | Baxılıb: 6099
Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva ilə birgə məhkum edilmiş bacısı İlknur Turkut növbəti dəfə cəzalandırılıb.

“love.az"in əldə etdiyi məlumata görə, İlknur Turkut dələduzluqla pullarını və qızıllarını ələ keçirdiyi Nurənə Məmmədova tərəfindən məhkəməyə verilib.

Nurənə Məmmədova cavabdehdən maddi ziyana görə 35 min 700 manat, mənəvi ziyana görə isə 5 min min manat tələb edib. Hazırda həbsdə olan İlknur isə məhkəmədə iştirakdan imtina edib. İddiaya münasibət bildirməyib.

Məhkəmə zərərçəkmişin təqdim etdiyi sənədləri araşdırdıqdan sonra qərarını açıqlayıb.

İddia tələbi yalnız maddi hissədə təmin edilib. İlknur Turkutdan zərərçəkmişin xeyrinə 35 min 700 manat tutulmasına qərar verilib. İ.Turkut qərarı icra etməsə, zərərçəkmiş tərəf onun yenidən cinayət məsuliyyətinə cəlb edilməsi üçün müraciət edə bilər.

Qeyd edək ki, İlknur və bacısı Aytac Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinib. Aytaca 7, İlknura 6 il həbs cəzası verilib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.