
“love.az"in əməkdaşı hazırda şərti cəza çəkən İsmayılovla söhbətləşib.
İ.İsmayılov deyib ki, daha çox istirahətə vaxt ayırır, bundan sonra da cinayət işi ilə bağlı hər hansı məhkəmə müstəvisində iş aparmaq niyyətində deyil: “Vəziyyətim yaxşıdır. Əvvəlki məsələlərlə bağlı mübarizə aparmaq fikrim də yoxdur. Bir az quru təmizləmə işlərim var, onunla məşğulam. Allah hər kəsin köməyi olsun”.
Qeyd edək ki, İlqar İsmayılov 2021-ci ildə külli miqdarda mənimsəmədə təqsirləndirilərək həbs edilmişdi. İsmayılov iki ay əvvəl cəzasının yarıdan çoxunu çəkməsi əsası ilə şərti azadlığa buraxılıb.
Sail Ağasəlim