Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.24.2025 | 12:14 | Baxılıb: 1135
“Bizim 600-dən yuxarı hakimimiz var, məhkəmə qərarlarını icra edirlər. Statistikanın verdiyi məlumata görə, bizdə ildə 13 min adam boşanır. Demək olar ki, bir hakim bir gündə 7 boşanmaya baxır”.

“love.az” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Ona görə də hesab edirəm ki, hakimlərin sayı artırılmalıdır. Məhkəmə Şurası bəlkə də imtahanları yüngülləşdirməlidir ki, hakimlərin sayı çoxalsın. Qərarların qəbul olunmasında vətəndaşlarımız əziyyət çəkməsin və qərarlar düzgün olaraq qəbul olsun”, - deyə deputat qeyd edib.

Spiker Sahibə Qafarova isə əlavə edib ki, sözügedən imtahanları sadələşdirmək olmaz.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.