Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.22.2025 | 10:13 | Baxılıb: 1147
“Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5.7% təşkil edib”​.

“love.az” bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat açıqlayıb.

Bildirilib ki, illik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.9%, ödənişli xidmətlər üzrə 5.3%, qeyri-qida məhsulları üzrə isə 2.4% təşkil edib. İllik baza inflyasiya 4.9% olub.

Qeyd olunub ki, beynəlxalq mühitdə qeyri-müəyyənliklərin hələ də qalması qlobal əmtəə qiymətlərində də dalğalanmalara səbəb olur. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2025-ci ilin sentyabrında əmtəə qiymətləri indeksi illik 3.3% artıb, ərzaq və içki qiymətləri indeksi isə 2.6% azalıb. BVF oktyabrda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu dəyişməz saxlayıb (4.2%), 2026-cı ilə dair proqnozu isə cüzi artırıb (3.7%).

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.