Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.08.2025 | 17:53 | Baxılıb: 3866
Bu gün paytaxtın Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib.

“love.az” xəbər verir ki, Abbas Mirzə Şərifzadə küçəsində - metronun “İnşaatçılar” stansiyasının qarşısında “VAZ” markalı minik avtomobili yolu keçməyə çalışan qadını vurub.

Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.

Əraziyə polis əməkdaşları cəlb edilib, təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, hadisənin yeraltı keçidin yaxınlığında baş verdiyi bildirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.