Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.25.2025 | 13:06 | Baxılıb: 5801
Ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib.

“love.az” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, Ciddə-Bakı aviareysi ilə gələn Azərbacan vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd “İphone17”, 4 ədəd “İphone16”, 15 ədəd “Apple” markalı qələm, 8 ədəd “Apple” markalı qulaqlıq5 ədəd ətiri onlardan qəbul edərkən saxlanılıb.

Dövlət Gömrük Komitəsi bir daha səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.