Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İran bəzi əyalətlərdə sabah qeyri-iş günü elan edib
 
						İran bəzi əyalətlərdə sabah qeyri-iş günü elan edib
Əlavə olunub: 08.13.2025 | 01:20 | Baxılıb: 2560
İranın regionlarının yarıdan çoxunun hakimiyyət orqanları elektrik enerjisi istehlakını azaltmaq məqsədilə avqustun 13-nü dövlət qurumları üçün qeyri-iş günü elan edib. 

“love.az” xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.

Məlumata görə, ölkənin 31 rayonundan 16-da belə tədbirlər görülüb, bəzilərində isə həm dövlət, həm də bank qurumları işləməyəcək.

Qeyd edilir ki, İran son illərdə enerji infrastrukturunun köhnəlməsi səbəbindən ölkənin müxtəlif bölgələrini fasiləsiz elektrik təchizatı ilə təmin etməkdə çətinliklərlə üzləşib.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.