Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.03.2025 | 02:52 | Baxılıb: 2494
İranın mərkəzi hissəsində 5.1 bal gücündə zəlzələ qeydə alınıb.

“love.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 1.5 milyon insanın yaşadığı İsfahan şəhərindən 183 kilometr şimal-şərqdə yerləşib.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.