Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.07.2025 | 14:22 | Baxılıb: 2420
Tehran ABŞ-nin İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoymasına münasibət bildirib.

“love.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyinin xaricdəki işləri üzrə idarəsinin rəhbəri Əlirza Haşimi Rəca açıqlama verib.

“ABŞ hökumətinin iranlıların ölkəyə girişinə qadağa qoyması... beynəlxalq hüququn əsaslarının, xüsusən də əsas insan haqlarının və ayrı-seçkiliyin qadağan edilməsinin pozulmasıdır”, - o bildirib.

Qeyd edək ki, iyunun 5-də ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik baxımından 12 ölkə vətəndaşlarının ölkəyə girişini qadağan edən fərman imzalayıb. Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ölkəyə girişi qadağan edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.