“love.az” xəbər verir ki, bu barədə “CNN” telekanalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail eyni anda Efiopiya, Liviya, İndoneziya, Cənubi Sudan və Somali ilə Qəzza zolağından çıxan fələstinliləri qəbul etmək imkanları ilə bağlı danışıqlar aparır.
“Qəzzanın 2 milyondan çox sakininin bir hissəsini qəbul etmək müqabilində bu ölkələr əhəmiyyətli maliyyə və beynəlxalq təzminat alacaqlarını gözləyirlər”, - deyə məlumatda bildirillir.
Qeyd edək ki, Cənubi Sudan hakimiyyəti fələstinlilərin bu ölkəyə köçürülməsi ilə bağlı danışıqların aparılması xəbərlərini təkzib edib.
Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu jurnalistlərə İsrailin fələstinlilərin köçürülməsi ilə bağlı bir neçə ölkə ilə danışıqlar apardığını bildirsə də, konkret ölkələrin adını çəkməyib.
ABŞ Prezidenti Donald Tramp da anklavın sakinlərinin Misir və İordaniya və ya başqa ölkələrə köçürülməli olduğunu açıqlamışdı. Lakin ərəb ölkələri bu təklifə qarşı çıxmışdılar.