Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.30.2025 | 10:44 | Baxılıb: 7339
Qusarda bir neçə gün əvvəl itkin düşən 84 yaşlı kişinin meyiti tapılıb.

“love.az” xəbər verir ki, aprelin 26-dan itkin kimi axtarılan Qusar şəhər sakini Arif Uluxan oğlu Uluxanovun meyiti yaşadığı evin yaxınlığından keçən arxda aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlaməti aşkar edilməyib.

Bildirilir ki, vəfat edən şəxs əvvəllər uzun müddət həkim kimi fəaliyyət göstərib.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.