Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kadırovun oğlu Qəzzaya yardım məsələləri ilə məşğul olacaq
 
						Kadırovun oğlu Qəzzaya yardım məsələləri ilə məşğul olacaq
Əlavə olunub: 08.05.2025 | 17:45 | Baxılıb: 952
Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov respublikadan Qəzza sakinlərinə humanitar yardımların göstərilməsi üzrə kurator təyin olunub. 

“love.az” xəbər verir ki, bu barədə məlumatı Çeçenistanın Dini və İctimai Qurumlarla İş üzrə Departamenti öz teleqram kanalında yayıb. 

Bildirilib ki, müvafiq qərar Fələstin sakinlərinə yardımın koordinasiyası ilə bağlı keçirilən görüşdə verilib.

Qeyd edək ki, A.Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı adına, eləcə də Əhməd Kadırov adına ordenə sahibdir. Bununla yanaşı, o, Çeçenistanın Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.