Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.22.2025 | 11:13 | Baxılıb: 1173
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Braziliyaya səfər edib.

“love.az” xəbər verir ki, Belem şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı-COP30 çərçivəsində “Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu” mövzusunda plenar iclas keçiriləcək.

Baş prokuror plenar iclasda çıxış edəcək, iqlim idarəçiliyində hüquq-mühafizə orqanlarının rolu və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda fikirlərini bölüşəcək.

Xatırladaq ki, Bakı şəhərində keçirilmiş COP29 çərçivəsində ilk dəfə Azərbaycanın Baş Prokurorluğunun təşəbbüsü ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) tərəfindən və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə Mavi zonada “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksəksəviyyəli sessiya təşkil olunmuşdu.

COP30 çərçivəsində keçirilən hazırkı sessiya, Bakıda keçirilmiş həmin tədbirin məntiqi davamı xarakteri daşıyır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.