Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.08.2025 | 14:40 | Baxılıb: 1397
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Sinqapura işgüzar səfər edib.

“love.az” xəbər verir ki, səfərin məqsədi sentyabrın 8-9-da keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu illik konfransı və ümumi yığıncağında iştirak etməkdir. 

Tədbir çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi o cümlədən süni intellektdən istifadə imkanları, prokurorluq orqanları arasında kibercinayətkarlıqla mübarizə üsulları, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgə təşəbbüslərin həyata keçirilməsi və bu kimi aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.

Keçirilən tədbirlərdə ölkəmizin İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev iştirak edir.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.