Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.05.2025 | 17:05 | Baxılıb: 1879
Sentyabrın 5-də baş prokuror Kamran Əliyev Bakı şəhəri Yasamal rayon prokurorluğunun inzibati binasında vətəndaşları qəbul edib.

Bu barədə “love.az”ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qəbulda iştirak edən 47 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.