Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Komandamız Zaqrebdəki çempionatda 1/4 final mərhələsinə vəsiqə qazanıb - Foto
 
						Komandamız Zaqrebdəki çempionatda 1/4 final mərhələsinə vəsiqə qazanıb 
							 - Foto
Əlavə olunub: 07.22.2025 | 09:41 | Baxılıb: 1250
17-25 iyul tarixlərində Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir.

“love.az” xəbər verir ki, sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının  2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.

Ölkəmizi təmsil edən komanda iyulun 16-sı Xorvatiyaya yola düşüb.

Komandamız qrup mərhələsini birinci yerdə başa vurub və 1/4 final mərhələsində Fransa ilə qarşılaşacaq.

Qeyd edək ki, komandanın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının dəstəyilə həyata keçirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.