Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.29.2025 | 13:14 | Baxılıb: 2078
Türkiyənin məşhur serialı “Kral kaybederse”nin yeni mövsüm çəkilişlərinə məşhur sima daxil olur.

“love.az” Türkiyə mediasına istinadən xəbər verir ki, serialın sentyabrda yayımlanacaq bölümlərində aktrisa Gökçe Bahadır da rol alacaq.

Gökçe Bahadır serialda media maqnatı “Cemal”in qızı “Sevda” obrazına həyat verəcək.

Qeyd edək ki, serialın baş rollarını Halit Ergenç, Merve Dizdar və Aslıhan Gürbüz canlandırır.

Xatırladaq ki, G.Bahadır “Ufak tefek cinayetler” serialında da Aslıhan Gürbüzlə birlikdə rol alıb. Aktrisa “Yaprak dökümü”, “Ömer”, “Evlilik hakkında her şey” kimi məşhur seriallarda oynayıb.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.