Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Krım körpüsündə 35 kilometrlik tıxac
 
						Krım körpüsündə 35 kilometrlik tıxac
Əlavə olunub: 08.05.2025 | 20:43 | Baxılıb: 2878
Krım körpüsünü növbə gözləmədən keçən ruslar cərimələnə bilər.

“love.az” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, avqustun 4-də körpünün yaxınlığında dəhşətli tıxac yaranıb. Tıxacın uzunluğu 35 kilometr olub.

Qeyd olunur ki, tıxacdan bezən bəzi sürücülər növbəni gözləmirlər. Bu da körpüdə tıxacın uzunluğunu daha da artırır. 

Tıxacla mübarizə üçün körpüdə növbəni gözləmədən keçən sürücülərin cərimələnəcəyi, hətta lisenziyalarını itirmək təhlükəsi ilə üzləşəcəkləri bildirilir.

Bununla belə, yol xidməti əməkdaşları 35 kilometrlik dəhşətli tıxacın tədricən aradan qalxacağına inanırlar.

Onlar bunu, avqustun sonu - sentyabrın əvvəllərində rusların ənənəvi kütləvi köçü ilə əlaqələndirirlər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.