Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.31.2025 | 20:42 | Baxılıb: 1893
Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə açıq suda ənənəvi kütləvi üzmə yarışı keçirilib. 

“love.az” xəbər verir ki, Mingəçevir şəhərində, Kür çayının iki sahili arasında baş tutmuş “Kürü keçək?!” adlı yarışda 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 70+ yaş kateqoriyaları üzrə 250-dən çox üzgüçü medallar uğrunda mübarizə aparıb. Yarışda mübarizə aparanlar sırasında gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, vitse-prezidenti Xaliq İldırımzadə, həmçinin İcraiyyə Komitəsinin üzvləri Mark Koqanov və Azər Babayev də yer alıb. 

Maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri aşağıdakı iştirakçılar olublar:

12-17 yaş (qızlar)

1. Anastasiya Qnussina
2. ⁠Zəhra Cavadzadə
3. Anastasiya Boborıkina

12-17 yaş (oğlanlar)

1. Süleyman İsmayılzadə
2. ⁠Oqtay Hüseynov
3. ⁠Əli Rzazadə

18-23 yaş (qızlar)

1. Leyla Abduləzizova
2. ⁠Milana Xəlilova
3. ⁠İlkanə Mirzəyeva

18-23 yaş (oğlanlar)

1. Tural Atakişiyev
2. ⁠Hüseyn Məmmədov
3. ⁠Cəmil İmanov

24-35 yaş (qızlar)

1. Tubu Abdulzadə
2. ⁠Gültəkin Kərimova
3. ⁠Mələkxanım Əhmədzadə

24-35 yaş (oğlanlar)

1. Cəfər Məmmədov
2. ⁠Hüseyn İsmayıllı
3. ⁠Ruslan Hətəmxanov

36-55 yaş (qadınlar)

1. Yelena Dubentsova
2. ⁠Yevgeniya Kzemanovska
3. ⁠Yuliya Kuzmina

36-55 yaş (kişilər)

1. Serdar İnan
2. ⁠Denis Novatorjin
3. ⁠Roman Vladıka

56-70 yaş (qadınlar)

1. Yelena Timçenko

56-70 yaş (kişilər)

1. Pyotr Kuvşınov
2. ⁠Mark Koqanov
3. ⁠Azər Babayev

70 yaşdan yuxarı (qadınlar)

1. Veronika Novotorina

70 yaşdan yuxarı (kişilər)

1. Vaqif Nəsibov
2. ⁠Akif Qaryağdı

Yarışın sonunda qaliblər mükafatlandırıb. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, İdman şöbəsinin müdiri Elnur Məmmədov, ASF-nin prezidenti Zaur Əliyev və vitse-prezidenti Xaliq İldırımzadə təqdim ediblər.

Xatırladaq ki, bu il “Kürü keçək?!” yarışı Azərbaycan Ordusunun rəşadətli Zəfərinin 5 illiyinə həsr olunub.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.