Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Laçındakı meşə yanğını söndürüldü
 
						Laçındakı meşə yanğını söndürüldü
Əlavə olunub: 07.17.2025 | 18:25 | Baxılıb: 717
Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda meşə yanğını başlayıb.

FHN Mətbuat xidmətindən “love.az”ya verilən məlumata görə, hazırda yanğın tam söndürülüb.

“Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub. DİN və FHN-in birgə yaydığı məlumatda bildirilib ki, Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsini törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.