“love.az” xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, mövcud vəziyyətlə bağlı Agentliyin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib. Görülən tədbirlər nəticəsində yolun hərəkət hissəsi palçıq və lil kütləsindən təmizlənib, nəqliyyatın hərəkəti qismən bərpa olunub.
Hazırda ərazidə təmizləmə və bərpa işləri davam etdirilir.