Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Lerikdəki yanğınların səbəbkarı onlar imiş - Biri uşaqdır+Rəsmi
 
						Lerikdəki yanğınların səbəbkarı onlar imiş 
							 - Biri uşaqdır+Rəsmi
Əlavə olunub: 07.24.2025 | 19:25 | Baxılıb: 2644
İyulun 24-də Lerik rayonunun Tikəbənd və Durğan kəndləri ərazisində əkin və otlaq sahələrində baş vermiş yanğın hadisələri ilə bağlı polis əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində hadisələrin ehtiyatsızlıqdan törədilyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “love.az”ya verilən məlumata görə, Tikəbənd kəndi ərazisində kənd sakini olan azyaşlının otlaq sahədə ocaq yandırması nəticəsində 2 hektar ərazidə kol-kos yanıb.

Azyaşlı valideyni ilə birlikdə polis orqanına dəvət olunmaqla profilaktik söhbətlər aparılıb. 

Durğun kəndidə isə kənd sakini 46 yaşlı Malik Mahmudov siqaret kötüyünü əkin sahəsinə atdığı üçün 4 hektar ərazidə kol-kos yanıb.

M.Mahmudov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Qeyd edək ki, hər iki şəxs yanğın baş verdikdən sonra aidiyyəti üzrə məlumat vermədən ərazidən uzaqlaşıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.