Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.30.2025 | 19:06 | Baxılıb: 2782
Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“love.az"in məlumatına görə, səlahiyyətli nümayəndə bildirib ki, Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası ölkənin əsas hissəsindən ayrı düşüb və quru nəqliyyat əlaqələri kəsilib. Ötən illər ərzində işğal altında qalmış ərazilərdəki mövcud nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolu sistemi dağıdılıb. Bu baxımdan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə edilmiş nəticələr bölgə üçün mühüm gələcək vəd edir. 

Maqdalena Qrono Vaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilmiş mühüm nəticələri yüksək qiymətləndirib. O, Naxçıvanın Avropa və Asiyanı birləşdirəcək mühüm strateji mövqeyinə toxunaraq bu perspektivdə geniş logistik-nəqliyyat layihələrinin icrasının region üçün strateji əhəmiyyətini diqqətə çatdırıb. 

Görüşdə Avropa İttifaqının regional bağlantılara, habelə nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstək verməsi istiqamətində fikir mübadiləsi aparılıb.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.