Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Marafon üzrə dünya rekordçusunda dopinq aşkarlandı
 
						Marafon üzrə dünya rekordçusunda dopinq aşkarlandı
Əlavə olunub: 07.18.2025 | 00:15 | Baxılıb: 694
Keniyalı marafon üzrə dünya rekordçusu Rut Çepngetiç dopinq qəbul edib.

“love.az” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Belə ki, Çepngetiçin dopinq testi müsbət çıxıb. Onun qanında qadağan olunmuş sidikqovucu və maskalayıcı hidroklorotiyazid aşkar edilib. İdmançı istintaqa qədər diskvalifikasiya edilib.

Qeyd edək ki, 30 yaşlı Çepngetiç marafon üzrə dünya rekordunun sahibidir. 2024-cü ildə Çikaqo marafonunu 2 saat 9 dəqiqə 57 saniyəyə qət edərək tarixdə 2 saat 10 dəqiqədən az qaçan ilk qadın olub. Bundan əlavə, keniyalı 2019-cu ildə dünya çempionu olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.