
“love.az” xəbər verir ki, Masallı şəhər sakini K.Tağıyeva ərizə ilə polisə müraciət edərək 2011-ci il təvəllüdlü oğlu Ümid Tağıyevin itkin düşdüyünü bildirib.
O qeyd edib ki, övladı orta məktəbin 8-ci sinif şagirdidir və sentyabrın 22-si, saat 23 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.
Faktla bağlı Masallı RPŞ tərəfindən araşdırma aparılır.
***
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, yeniyetmə barəsində axtarış elan olunub. Onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.