Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.04.2025 | 13:11 | Baxılıb: 3828
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“love.az” xəbər verir ki, hadisə rayonun Zəyəm-Düyərli avtomobil yolunun 5-ci kilometrliyində olub.

Belə ki, “N” saylı hərbi hissənin giziri 1966-cı il təvəllüdlü Mirzəyev Nüsrəddin Natiq oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil körpünün beton dəmir maneəsinə çırpılaraq oradan aşıb. Nəticədə N. Mirzəyev hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.