
“love.az"in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən, Elçin Hüseynova azadlığın məhdudlaşdırılması (elektron qolbaq), Elnur Həmidov, Musa Əhmədova isə şərti cəza verilib. İdmançılar hər biri məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə bu ilin yanvarında baş verib. Cinayət işi Bakı Şəhər Baş Polis İdarəsində istintaq olunub. Fuad Zeynalov ona hücum sifarişini Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Ramal Aslanovun verdiyini, bu hadisədən əvvəl də onun tərəfindən ona qarşı xuliqanlıq hərəkətlərinə yol verildiyini bildirmişdi.
R.Aslanov və qeyrilərinin əməllərinə hüquqi qiymət verilməsi üçün Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi ayrılıb.
Sail Ağasəlim
Fotoda: Fuad Zeynalov
