Xəzər rayonu Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.
“love.az” FHN-ə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dalğıc-xilasedicilər axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir.