
“love.az” xəbər verir ki, treklər arasında “Bent Out That Midnight Day”, “Best Friend” və “Fascinate” kimi adlar yer alır.
Pattinson bu layihədə köhnə dostu, musiqiçi Markus Foster ilə əməkdaşlıq edib. Qeyd edək ki, ikili daha əvvəl “Twilight” filminin saundtrekləri “Never Think” və “Let Me Sign” üzərində də birgə çalışmışdı.
Mahnıların albom və ya EP formatında təqdim olunacağı hələlik açıqlanmayıb, lakin bu addım aktyorun musiqiyə rəsmi dönüşü kimi qiymətləndirilir. Pattinson paralel olaraq “Die My Love” və “The Odyssey” kimi yeni film layihələri üzərində də çalışır.