Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.05.2025 | 14:38 | Baxılıb: 3108
Ulduz futbolçu, hazırda “İnter Mayami”nin formasını geyinən Lionel Messi Argentina millisinin heyətində son ev oyununa çıxıb.

“love.az” xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin 17-ci turunda Venesuela ilə matçda iştirak edib.

Argentina millisinin 3 qolundan 2-ni kapitan Messi vurub. Azarkeşlər 38 yaşlı hücumçunun şərəfinə “Hər şey üçün çox sağ ol, mənim kapitanım” pankartını açıblar. Messi isə göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisinin üzvüdür. Onun DÇ-2026-dan sonra milli karyerasını başa vuracağı gözlənilir.

Sözügedən görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.