Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Messi yenə ən yaxşı seçildi
 
						Messi yenə ən yaxşı seçildi
Əlavə olunub: 07.21.2025 | 21:01 | Baxılıb: 1436
“İnter Mayami”nin hücumçusu və kapitanı Lionel Messi hazırkı MLS mövsümündə 5-ci dəfə ən yaxşı futbolçusu adına layiq görülüb.

“love.az” xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

38 yaşlı argentinalı futbolçu 19 iyul tarixində “Nyu-York Red Bullz”la görüşdə (5:1) dubl edib və iki qolun ötürməsi verib. Bu, Messinin son 7 oyunda altıncı dublu olub.

Messi hazırda 18 matçda 18 qolla MLS-in bombardirlər siyahısına başçılıq edir. 2023-cü ildə “İnter Mayami”yə keçdikdən sonra bütün turnirlərdə 68 oyuna çıxan hücumçu 58 qol vurub, 26 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.