Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Məxfi Xidmət Putin-Tramp görüşü üçün mənzil kirayələyib
 
						Məxfi Xidmət Putin-Tramp görüşü üçün mənzil kirayələyib
Əlavə olunub: 08.11.2025 | 10:32 | Baxılıb: 1772
ABŞ Məxfi Xidməti ölkə Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüşü ərəfəsində Alyaska ştatında daşınmaz əmlak kirayələyib. 

“love.az” xəbər verir ki, bu barədə məlumatı “New York Times” qəzeti yayıb. 

Mənzilin ştatın Ankoric ştatında icarəyə götürüldüyü qeyd olunub. Həmin əmlakı icarəyə verən rieltor Məxfi Xidmətin liderlərin görüşü üçün altı otaqlı obyekt kirayələdiyini bildirib.

Bununla belə, qəzet Tramp administrasiyasının görüşün dəqiq yeri ilə bağlı məlumatı təsdiqləmədiyini diqqətə çatdırıb. 

Xatırladaq ki, avqustun 15-də Alyaskada V.Putin və D.Tramp arasında danışıqlar keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.