Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.14.2025 | 10:02 | Baxılıb: 1559
Azərbaycanın yunan-Roma güləşi millisi Avropa çempionu olub.

“love.az” xəbər verir ki, Slovakiyada keçirilən qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan komanda 151 xalla Avropanın ən güclüsü adını qazanıb.

Bu, millimizin 2-ci Avropa çempionluğu olub.

Qeyd edək ki, təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.