Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.05.2025 | 12:06 | Baxılıb: 3206
Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

“love.az” xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

S. Qafarova müraciəti nəzərə alaraq, növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, sentyabrın 9-u Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclas keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.