Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.01.2025 | 18:25 | Baxılıb: 2463
Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda yeyinti ittihamı ilə mühakimə edilən Namiq Mirzəyevin məhkəməsi başa çatıb.

“love.az"in məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Məhkəmə “N” saylı korpusun Maliyyə xidmət rəisi vəzifəsində xidmət etmiş müttəhimi 6 milyonluq mənimsəmədə təqsirli hesab edib.

O, bu ziyandan 343 min 810 manatını dövlət bürcəsinə ödəyib.

Hökmə əsasən Namiq Mirzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət işi Dövlət Təhlükəsizlyi Xidməti (DTX) tərəfindən istintaq olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.