Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.30.2025 | 18:18 | Baxılıb: 1490
Moldova Vergi Xidməti Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul və onu müşayiət edən şəxslərin aktivlərini dondurub.

“love.az” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Məlumata görə, dondurulmaya səbəb Moldovanın 2024-cü il avqustun 1-də həyata keçirməyi öhdəsinə götürdüyü Aİ sanksiyaları olub.

Xatırladaq ki, Y. Qutsul martın 25-də seçki fondlarının saxtalaşdırılması, qanunsuz maliyyələşdirmə və yalan ifadə vermə işi ilə bağlı saxlanılmışdı. Moldova məhkəməsi Qutsulu 20 sutka müddətinə həbs etmişdi. Daha sonra o, ev dustaqlığına buraxılmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.