Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Morata İtaliyaya qayıdır
 
						Morata İtaliyaya qayıdır
Əlavə olunub: 07.20.2025 | 20:01 | Baxılıb: 1789
“Qalatasaray”ın “Milan”dan icarəyə götürdüyü Alvaro Morata İtaliyaya qayıdacaq.

“love.az” “beIN SPORTS”a (Türkiyə) istinadən xəbər verir ki, ispan futbolçu karyerasını “Komo”da davam etdirəcək.

Məlumata görə, İtaliya təmsilçisi Morata ilə 4 illik müqavilə bağlayıb.

O da bildirilib ki, “Milan” və “Qalatasaray” Moratanın “Komo”ya transferi üçün razılığa gəlib.

Qeyd edək ki, futbolçu İstanbul nəhənginin heyətində meydana çıxdığı 16 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.