Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.06.2025 | 08:47 | Baxılıb: 1880
Ukrayna Prezidenti Volodimir Zelenski Moskvaya getməyəcəyini yenidən bəyan edib.

“love.az” xəbər verir ki, o bu barədə ABC telekanalına müsahibəsində bildirib.

Ukrayna lideri həmçinin istənilən formatda görüşə hazır olduğunu açıqlayıb: “O, (Vladimir Putin – red.) Kiyevə gələ bilər. Ölkəm hər gün raketlər, hücumlar altında olanda mən Moskvaya gedə bilmərəm”.

Qeyd edək ki, V. Putin Şərq İqtisadi Forumunun plenar iclasında Zelenski ilə görüşmək üçün ən yaxşı yerin Moskva olduğunu demişdi. O həmçinin bəyan etmişdi ki, Ukrayna lideri və nümayəndə heyəti Rusiya paytaxtına səfər etmək qərarına gəlsələr, onların təhlükəsizliyinə 100 faiz təminat verməyə hazırdır.

Ukrayna XİN rəhbəri Andrey Sibiqa isə Zelenskinin yeddi ölkədən birində Putinlə görüşməyə hazır olduğunu açıqlamışdı. Söhbət Avstriya, Vatikan, Türkiyə, İsveçrə və Fars körfəzinin üç dövlətindən gedir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.