Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.01.2025 | 09:23 | Baxılıb: 3807
Bu gün Milli Müdafiə Universitetinin sabiq rektoru, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı general-leytenant Heydər Piriyevin doğum günüdür.

“love.az"in məlumatına görə, Heydər Piriyev 1959-cu ildə Ermənistan SSR-in Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub.

O, 1974-1976-cı illərdə Bakıda 1 nömrəli fizika-riyaziyyat təmayüllü məktəbdə, 1976-1980-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb.

1980-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edən H.Piriyev 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində fəaliyyət göstərib.

Müdafiə Nazirliyində Hərbi Polisin qurucusu, ilk zabit olan H.Piriyevə Ümummilli Lider Heydər Əliyev tərəfindən 2003-cü ildə general-mayor rütbəsi verilib.

2002-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, 2009-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət edib.

2014-cü ilin iyun ayında H. Piriyevə Azərbaycan Prezidentinin Sərəncamı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilib və o, Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilib.

2022-ci ilin iyun ayında o, Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilib, 2024-cü ildə tutduğu vəzifədən azad olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.