Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Naharları ləğv olundu - Yenilənib
 
						Naharları ləğv olundu 
							 - Yenilənib
Əlavə olunub: 08.16.2025 | 04:38 | Baxılıb: 14785
Rusiya və ABŞ nümayəndə heyətlərinin Alyaskada keçiriləcək işçi naharının menyusu və oturma planı məlum olub.

“love.az” “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, siyasətçilərə ilk olaraq şampan sirkəli sous ilə yaşıl salat və rozmarin - limon yağlı xüsusi çörək təqdim olunacaq. 

Qarnir olaraq kartof püresi, şirniyyat menyusunda isə dondurma ilə servis edilən krem-bryule var.

Bundan əlavə, yayılmış sxemdə Rusiya Prezidenti Vladimir Putinin adı “H.E. Putin” (His Excellency - “Zati-aliləri”) kimi qeyd olunub. 

ABŞ prezidenti Donald Tramp isə sxemdə xüsusi rəmz ilə göstərilib.

***

Rusiya və ABŞ nümayəndə heyətləri üçün planlaşdırılan nahar ləğv olunub.

Bu barədə “gazeta.ru” məlumat yayıb.

Hadisənin səbəbləri barədə əlavə açıqlama verilməyib. 


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.