Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Neftçalada 1 nəfər süni göldə batdı - Görüntülər
 
						Neftçalada 1 nəfər süni göldə batdı 
							 - Görüntülər
Əlavə olunub: 04.28.2024 | 20:05 | Baxılıb: 1696
Neftçala şəhərində 1 nəfər süni göldə batıb.

“love.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəlb edilib.

Dalğıc qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü Nəcəfov Azad Tahir oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Həmin görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.