Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı - Rəsmi
 
						Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı 
							 - Rəsmi
Əlavə olunub: 07.23.2025 | 20:19 | Baxılıb: 6491
Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz tikinti işləri aparılıb.

Bu barədə “love.az”ya DİN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, fakta görə Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tikinti və ya tikinti işlərini aparma maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.