Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.20.2025 | 14:09 | Baxılıb: 10794
Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs edilib.

Bu barədə “love.az”ya bloqer Nail Kəmərli məlumat verib. O bildirib ki, Reyhan Baxşıyeva narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilib və Yasamal rayonu ərazisində saxlanılaraq barəsində cinayət işi açılıb.

Qeyd edək ki, daha əvvəl Nizami Rəmzinin qızının Yasamal rayonunun Şərifzadə küçəsində istifadəsiz ərazidəki xarabalıqda acınacaqlı vəziyyətdə yaşaması və narkotik asılılığından əziyyət çəkməsinə dair videolar yayılmışdı.

Onu da xatırladaq ki, ustad meyxanaçılardan sayılan Nizami Rəmzi 1997-ci ildə (49 yaşında) avtomobil qəzası səbəbindən vəfat edib. N. Rəmzi üç dəfə ailə həyatı qurub. Bu izdivaclardan onun 6 övladı olub. Şairin oğlu Rza Baxşıyev bir müddət əvvəl həbsdən çıxıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.