Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Növbəti müddətə prezident olmaq istəmir...
 
						Növbəti müddətə prezident olmaq istəmir...
Əlavə olunub: 08.08.2025 | 16:50 | Baxılıb: 3167
Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti müddətə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırmır.

“love.az” xəbər verir ki, Lukaşenko bu barədə “Time” jurnalına müsahibəsində danışıb.

“Xeyr, artıq planlaşdırmıram”, - deyə o bildirib.

Xatırladaq ki, 70 yaşlı A.Lukaşenko 1994-cü ildən sözügedən vəzifəni tutur. Belə ki, Belarus lideri 1994, 2001, 2006, 2010, 2015, 2020 və 2025-ci illərdə keçirilən seçkilərdə iştirak edib, sonuncu dəfə cari ilin yanvarında baş tutan prezident seçkilərində 86,82 faiz səslə qalib gəlib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.