Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.13.2025 | 01:10 | Baxılıb: 1500
Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialına yeni aktrisa daxil olacaq.

“love.az” Türkiyə mediasına istinadən xəbər verir ki, “Yargı” serialı ilə tanınan gənc aktrisa Zeynep Parla “Kızılcık Şerbeti”nə Elif obrazını canlandıracaq.

Melis Civelek və Zeynep Gürün qələmə aldığı serialda Zeynep Parla, Apo obrazını canlandıran Ahmet Mümtaz Taylanın yeni həyat yoldaşı Salkımın (Özge Borak) qızı rolunda çıxış edəcək.

Qeyd edək ki, serialdan 4 əsas obraz ayrılır. Belə ki, bu həftə yayımlanacaq seriyada Doğa (Sıla Türkoğlu), Işıl (Ece İrtem), Mustafa (Emrah Altıntoprak) və Firaz (Batuhan Yüzgüleç) obrazları layihəyə vida edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.