Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.02.2025 | 13:59 | Baxılıb: 1012
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı iki ölkə arasında nail olunan sülhə görə təbrik edib.

“love.az” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev “X” hesabında paylaşım edib.

“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin sammitində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı tarixi sülhə nail olmaları münasibətilə təbrik edib”, - paylaşımda qeyd olunub.

***

A.Koşta çıxışında bildirib: “Mən Azərbaycanın Prezidenti və Ermənistanın Baş nazirini təbrik etmək istəyirəm. Düşünürəm ki, Sizin əldə etdiyiniz sülh, Avropamız üçün əhəmiyyətli andır. Bu onu göstərir ki, sülh qurmaq mümkündür və sülh naminə üzərimizə düşəni yerinə yetirməliyik”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.